Yaponiyanın şin istehsalçısı \"Bridgestone\" istehsal etdiyi havasız təkərləri təqdim edib.
Şirkətin istehsal etdiyi yeni təkərlərdə termoplastik qətran maddəsindən istifadə olunub.
SİA-nın xaricimətbuata istinadən xəbərinə görə, bu maddə hər cür hava şəraitinə dözümlülüyü ilə seçilir. Maddənin quruluşunun sıx olması avtomobilin ağırlığı altında təkər sisteminin çökməsinin qarşısını alır.
Təkərin özünəməxsus quruluşu təkərlərdə təzyiqdən qaynaqlanan partlamanı əngəlləyir. Bununla da təkərin partlaması səbəbindən yolda qalmaq problemi aradan qalxır.
Hələlik havasız təkərlərin 22 santimetrlik variantı hazırlanıbvə onlardan kiçik avtomobillərdə istifadə edilir. Şirkət belə təkərlərin çeşidininartıracağını bildirib.
Qeyd edək ki, təkərlərin satışı yaxın vaxtlarda mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB