Azad Gənc Yazarlar Qurumunun rəhbəri: “Azərbaycanın internet resurslarında böyük bir problem mövcuddur”
Azərbaycanda gedən bütün proseslər qərb dövlətlərinin daha çox diqqət mərkəzindədir. Ölkəmizə qarşı kiberhücumların təşkil olunması dünyada qeyri-ciddi bir addım, səviyyəsizlik kimi qələmə verlilməlidir. Bunu SİA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyi (AYB) Azad Gənc Yazarlar Qurumunun rəhbəri Aydın Xan Əbilov deyib: "Bunu dağıtmaq əslində bəşəriyyətə vurulmuş ağır bir zərbədir. Çünki hər bir sayt intelektual bir mülkiyyətdir. Bu birdaha onu sübut etdi ki, Azərbaycanın internet resurslarında böyük bir problem mövcuddur. Azərbaycanın internet resurslarının 90 faizi qərbdə, yəni Azərbaycandan kənardadar. Əgər ölkəmizdə müharibə ehtimalı olarsa asanlıqla bır sıra ölkələr Azərbaycanın internet şəbəkəsinə daxil olaraq dövlət, idarə müəssisə orqanlarını saytını dağıda bilərlər".
A.Əbilovun sözlərinə görə, Azərbaycanda İnternetlə bağlı forumlar yaradılmalıdır: "Bununla belə Azərbaycanda internetin inkişafı üçün xüsusi bir konsepsiya olmalıdır. Bu hətta biznes əlaqələrinin inkişafına təkan verə bilər", - deyə qurum rəhbəri bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB