Ötən il sürətli poçt xidmətləri üzrə 4 ədəd, telekommunikasiya xidməti üzrə 3 ədəd və fərdi məlumatlar üzrə xidmətlərin göstərilməsinə 4 ədəd yeni lisenziya verilib. Eyni zamanda, telekommunikasiya xidmətləri üzrə 2 ədəd və sürətli poçt xidmətləri üzrə 4 ədəd lisenziyalarının qüvvədə olma müddətləri uzadılıb.
SİA-nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, hazırda 4G texnologiyasının tətbiq edilməsi istiqamətində işlərə başlanılıb. Mobil operatorlarla birgə 4-cü nəsil texnologiyasının tətbiq edilməsi üzərində iş aparılır və bu işlər yekunlaşandan sonra 4G tətbiq olunacaq.
Qeyd edək ki, ötən il ölkədə fəaliyyət göstərən hər üç operator 3G xidmətləri göstərir. Artıq 3G abunəçilərinin sayı 2 milyona çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB