Əfsanəyə görə, Nuh peyğəmbər dünyada böyük tufan baş verməzdən əvvəl hər canlıdan ikisini (dişi və erkək) götürərək gəmisinə mindirib. Məqsədi də bu olub ki, tufan yatandan sonra Yer kürəsində canlılar öz nəsillərini əvvəlkitək davan etdirə bilsinlər.
1983-cü ildən başlayaraq Norveçli mütəxəssislər "Qlobal Toxum Deposu" layihəsini həyata keçirməklə Nuhun tufandan sonrakı həyat arzusunu reallaşdırıblar. Belə ki, Norveçin şimalındakı Spitsbergen adasında, buzlaqlar arasındakı iri bir dağın 130 metr altında inşa edilen və 9 milyon dolara başa gələn "Svalbard Qlobal Toxum Deposu" 2008-ci ilin mart ayından fəaliyyət göstərir.
Divarları atom bombasına qrşı davamlı olaraq inşa edilen bu ambarda dünyada qlobal istiləşmə, dağıdıcı fəlakətlər, kataklizmlər baş verəcəyi təqdirdə bəşəriyyətin məhv olmaması üçün dünyanın hər bir guşəsindən gətirilən 4 milyon müxtəlif bitki toxumu saxlanılır.
Norveç hökumətinin nəzarəti altında fəaliyyət göstərən ambarın maliyyə dəstəkçiləri də var. ABŞ, İngiltərə, Norveç, Almaniya, İsveçrə və Kanadanın dövlət fondları tərəfindən bu deponun saxlanması problemləri həll edilir.
Avstralya, Braziliya, Kanada, Kolumbiya, Misir, Efiopiya, Almaniya, Hindistan,
İrlandiya, İtaliya, Yeni Zellandiya, Norveç, Slovakiya, İspaniya, İsveç, İsveçrə firma və humanitar təşkilatları toxumların toplanmasına nəzarət və iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB