Ötən il İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 13% artıb

Ötən il İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 13% artıb

2011-ci ildə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,0% artaraq 1314,9 milyon manat təşkil edib. SİA-nın xəbərinə görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov məlumat verib. O bildirib ki, ötən illə müqayisədəartım tempi İKT sektorunda 12,8%, o cümlədən telekommunikasiya sektorunda 9,8%, İT sektorunda 1,4 dəfə, poçt sektorunda 5,0%, informasiya sektorunda isə 33,0% təşkil edib. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 75,3%-i özəl rabitə müəssisələrinin payına düşüb. Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 66,8%-i mobil sektorun payına düşüb və əvvəlki illə müqayisədə mobil sektor üzrə real artım tempi 3,6 % təşkil edib. 2011-ci il ərzində İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,8%, qeyri-neft ÜDM-də payı isə 3,7% olub.

01.01.2012-ci il tarixə RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 300,2 manat təşkil edib ki, bu da ötən illə müqayisədə 9,6 % çoxdur. Hazırda respublika üzrə orta aylıq əməkhaqqı 355,7 manat təşkil edir.

Ölkə üzrə telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 638,9 manat, poçt sektorunda isə 187,5 manat təşkil edib ki, bu da ötən illə müqayisədəmüvafiq olaraq 8,3% və 33,0% çoxdur. Ölkənin rabitə və informasiya texnologiyaları sahəsində çalışan işçilərin sayı 24566 nəfər olub ki, bu da ölkə üzrə iqtisadiyyatda çalışanların 1,8%-ni təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə