Azərbaycanda beynəlxalq internet idarəçilik forumu keçiriləcək

Azərbaycanda beynəlxalq internet idarəçilik forumu keçiriləcək

\"Elektron hökumət\" layihəsi çərçivəsində dövlət saytlarının yaradılmasına tamamilə audit tətbiq ediləcək və onlara yeni baxış olacaq. SİA-nın xəbərinə görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib ki, əgər mümkün olarsa, dövlət veb-saytlarının yaradılması üçün xüsusi sertifikatlar tətbiq ediləcək. Onun sözlərinə görə, bu ilin payızında Azərbaycanda beynəlxalq internet idarəçilik forumunun keçirilməsi nəzərdə tutulur. Nazir qeyd edib ki, bu, internet sahəsində ilin ən böyük internet tədbiri olacaq və BMT-nin himayəsi altında keçiriləcək.


"Artıq BMT rəhbərliyi bununla bağlı Azərbaycana müraciət edib. Müəyyən hazırlıq işləri gedir. Əgər razılıq qəbul olunarsa, forum payızda Azərbyacanda təşkil olunacaq. Forumun məqsədi internet, söz, fikir azadlığının qorunması və cinayət xarakteri daşıyan internet müdaxilələrinə, əməliyyatlara dövlət nəzarətinin həyata keçirilməsidir", - deyə nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə