Bu gün beynəlxalq qucaqlama günüdür

Bu gün beynəlxalq qucaqlama günüdür

Bu gün bütün dünyada Beynəlxalq qucaqlama günü qeyd edilir (International Hug Day).SİA-nın məlumatına görə, bu gün 1986-cı ildən ilk dəfə ABŞ-da qeyd edilməyə başlanıb. Bu bayramın ənənəsinə uyğun olaraq hətta tanımadığın insanı da bu gün dostcasına qucaqlamaq olar. Lakin bu günün təsis edilməsi barədə ideyanın kimə aid olduğu məlum deyil.

Hesab edilir ki, bayramın təşəbbüskarları tələbələrdir. Məhz bu gündə qızlar və oğlanlar heç bir başqa hiss olmadan bir-birilərini dostyana qucaqlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə