Yeni “Renault Fluence” və “Renault Megane” avtomobilləri Bakıda -FOTO
Yeni "Renault Fluence" və "Renault Megane" avtomobilləri "Renault"un Azərbaycanda rəsmi distribüteri "Nurgün Motors" şirkəti tərəfindən tarixi məkan olan Qobustan qoruğunda sınaqdan (test-drayv) keçirilib. SİA-nın məlumatına görə, sınaqdan çıxarılan "Renault Megane" alıcılara iki növ komplektasiyada - 1,6 l benzin mühərrikli, dördpilləli avtomatik ötürücü qutu və 2 l benzin mühərrikli avtomatik ötürücü qutu ilə (variator) təklif olunur. Yeni "Megane"nin buraxılışı C seqmentində "Renault" model sırasının yenilənməsinin başlanğıcıdır. Yeni "Megane" mükəmməl hərəkət keyfiyyəti, yüksək səviyyəli konfort və müasir təchizatı ilə seçilir. "Renault Fluence" isə 1,6 l (avtomatik ötürücü qutu) və 2 l (variator) benzin mühərrikləri ilə təklif olunur.
Qeyd edək ki, "Nurgün Motors" "Renault" avtomobillərini əldə etmək üçün 15 faiz ilkin ödəniş, 16 faiz bank faizi olmaqla, sərfəli kredit şərtləri təklif edir. Avtomobillərə 3 il və ya 100 min kilometr zəmanət verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB