Azerfon şirkətinin keçirdiyi "Şanslı Mesaj" stimullaşdırıcı lotereyasının final günü oynanılıb və qalib müəyyənləşib. Tiraj Komissiyasının üzvü və medianın iştirakı ilə keçirilən kampaniyanın sonuncu uduş günündə Bakı şəhər sakini İsmayılov Elvin Əjdər oğlu lotereyanın qalibi olaraq təmirli Super Mənzilin sahibi olub. Bundan başqa lotereyanın şərtlərinə görə hər gün oynanılan 250 AZN məbləğində uduşlarda sahiblərinə təqdim olunub.
Tədbirdə iştirak edən Azerfon şirkətinin nümayəndəsi qalibləri təbrik edib və gələcəkdə şirkətin yenə bu tipli stimullaşdırıcı lotereyaların, kampaniyaların keçiriləcəyini vəd edib.
Qeyd edək ki, 17.10.2011 tarixindən etibarən "Şanslı Mesaj" Kampaniyasına start verilib və yanvar ayın 13-də kampaniya bitib. Lotereya keçirilən müddətdə Azerfon və Vodafone abunəçiləri gündəlik oynanılan 250 AZN və hər ayında sonunda oynanılan 5000 AZN məbləğində uduşlar və əsas uduş olaraq mənzil qazanıblar.
Nar Mobile və Azerfon-Vodafone ticarət nişanları ilə tanınan Azerfon 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkənin ən innovativ və şəffaf telekommunikasiya şirkətidir. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsl şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB