Bir batareya ilə 15 il işləyən mobil telefon istehsal olunub-FOTO

Bir batareya ilə 15 il işləyən mobil telefon istehsal olunub-FOTO

Müasir mobil telefonların istehsalı artdıqca onların batareyalarının enerji saxlama müddəti azalmağa başlayıb. Bu da mobil telefon istifadəçiləri üçün müəyyən problemlər yaradır. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, \"Xpal Power\" şirkətinin hazırladığı \"SpareOne\" adlı mobil telefon bir AA batareyası ilə 15 il işləyə bilər.\"SpareOne\" mobil telefonu məhz bu problemləri aradan qaldırmaq üçün istehsal edilib.

\"SpareOne\"nin bir batareya ilə 15 il işləməsini təmin edən ən önəmli vasitə təbii ki, istifadə etdiyi \"Energizer Ultimate Lithium L91\" batareyasıdır. Batareya telefonun tam mərkəzində yerləşdirilib. Buna görə də telefonun ekranına baxanda onu görmək mümkündür. Əlavə heç bir üstünlüyü olmayan mobil telefon ancaq zəngin gedib-gəlməsi üçün yaradılıb.

Telefonun istehsal edilməsində əsas məqsəd təcili hallarda istifadə olunmasıdır. Telefonla fasiləsiz olaraq 10 saat danışmaq mümkündür.

Qeyd edək ki, cari ilin bu rübündə bazara çıxarılması gözlənilən telefonun qiymətinin 50 dollar olacağı planlaşdırılır.


Bütün xəbərlər Facebook səhifəmizdə