Sosislər xərçəngə gətirib çıxara bilər

Sosislər xərçəngə gətirib çıxara bilər

İsveç tədqiqatçıları bəyan ediblər ki, texnoloji emaldan keçmiş ətlə qidalanma mədəaltı vəzi xərçənginə gətirib çıxara bilər. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, "British Journal of Cancer" jurnalında dərc olunmuş yeni tədqiqatda bildirilib ki, hər gün bir sosiska və ya iki tikə bekon yemək insanda mədəaltı vəzi xərçənginin inkişaf etməsi riskini emal olunmuş ət yeməyən insanlardakına nisbətən 19 faiz artıra bilər.

Bundan əvvəl alimlər belə ətdən istifadə edilməsi ilə bağırsaq xərçəngi arasında qarşılıqlı əlaqə olduğunu müəyyənləşdiriblər.

Lakin 6000 çox insanı müayinə etmiş mütəxəssislər xəbərdarlıq edirlər ki, insanda mədəaltı vəzi xərçənginin diaqnostikası imkanları nisbətən məhdud olaraq qalır.

Ümumdünya Xərçəngin Tədqiqi Fondu qeyd edib ki, bu xəstəliyin meydana çıxması ilə siqaret çəkmə, yaxud piylənmə arasında çox möhkəm qarşılıqlı əlaqə vardır.


Bütün xəbərlər Facebook səhifəmizdə