Dünyanın ən uzun adamı kimi "Ginnesin Rekordlar Kitabı\"na düşən türkiyəli Sultan Kösenin boyu 4,5 santimetr uzanaraq 2 metr 51 santimetrə çatıb. Bunu "Ginnesin" rekordlar kitabının 2012-ci il nəşri üçün Kösenin bədən ölçülərini ölçən Ginnes hakimləri müəyyən edib.
SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, 29 yaşlı türkün əlləri də 1 santimetr uzanaraq 28,5 santimetrə çatıb. Kösenin hormon müalicəsi almasına baxmayaraq, onun boyu uzanmaqda davam edir.
Qeyd edək ki, Kösen 2 metr 46,5 santimetrlə ən uzun boy, 27,5 santimetrlə ən uzun əl, 36,5 santimetrlə də ən uzun ayaqlara sahib olması səbəbindən 2010-cu ildə "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB