Robotlaşdırlmış protez ayaq

ABŞ-ın Vanderbilta Universitetində süni əzalara malik protez ayaqlar hazırlanıb. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, sahibinə yeriməyə imkan verəcək protez dünyada motorlaşdırılmış diz və topuq oynaqları ilə təchiz olunan ilk qurğudur.

Protez insanın hərəkətlərini izləyən ötürücülərlə təchiz olunub. İstifadəçinin istəyini qabaqcadan xəbər verən ötürücülər əsasında hazırlanmış mikroprosessorların köməyi ilə protez uyğun hərəkətləri yerinə yetirir.

Gündəlik istifadə üçün nəzərdə tutulmuş protez sayəsində insan daha asan yeriyə, otura və pilləkənlərlə enib-qalxa biləcək. Təcrübələr göstərir ki, passiv konstruksiyalarla müqayisədə bu protez yerimə zamanı istifadəçinin enerjisinə 30-40 faiz qənaət edir.

Qurğunun çəkisi adi insan ayağının çəkisindən də az -4 kiloqramdır.

Qeyd edək ki, protez qarşısına çıxan maneəni avtomatik olaraq müəyyənləşdirir yuxarı qalxır və onun üzərindən adlayıb keçə bilər.


Bütün xəbərlər Facebook səhifəmizdə