1793-cü ildə kəsilmiş 1 sent dəyərində mis sikkə Florida ştatındakı Orlando auksionunda 1 milyon 380 min dollara satılıb. SİA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, nadir numizmatik əşyanı yeni sahibi gizli saxlanılır. Agentliyin məlumatında deyilir ki, ilk Amerika sikkələrindən birinin bu qədər yüksək qiymətə satılmasının səbəbi onun çox yaxşı saxlanılmasıdır.
Ümumilikdə Orlandodakı numizmatik sərgidə 600-ə yaxın kolleksiyası iştirak edir. Nadir sikkələr, səhvlər olan əskinazlar və dəyərli metallardan hazırlanmış pulların nümayiş etdirildiyi sərgi ABŞ-da ən böyük sərgilərdəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB