Mobil telefon oğurluğunun qarşısı alınacaq

Mobil telefon oğurluğunun qarşısı alınacaq

Nazirlər Kabinetinin "Mobil cihazların qeydiyyatının aparılması qaydası" ilə bağlı qərarı marağa səbəb olub. Bu prosesin necə aparılacağı yəqin ki, coxlarını düçündürür.


Prosesin necə reallaşacağı ilə bağlı məqamları öyrənmək üşün mobil cihazların qeydiyyat sistemini təşkil edəcək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etdik. Qurumdan SİA-ya verilən məlumatda bildirildi ki, bu sistemə mobil telefonların bir sıra göstəriciləri - telefonun beynəlxalq identifikasiya nömrəsi, mobil şəbəkə nömrəsi, SİM kartın seriya nömrəsi, mobil cihaz tipinin təsdiq kodu daxil ediləcək. Qeydiyyat sistemindən keçməyən mobil telefonların istifadəsi isə mümkün olmayacaq.


Bu sistemin tətbiqi əksər mobil telefonların oğurlanması hallarına son qoyacaq. Eyni zamanda sistem terrorizmlə mübarizədə, həmcinin mənşəyi məlum olmayan, keyfiyyətsiz telefonların ölkəyə gətirilməsinin qarşısını almağa yardım edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə