Ötən il populyar olan və ən çox gəlir gətirən filmlərin reytinq siyahısı açıqlanıb.SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, reytinqin lideri "Harri Potter və ölüm ərmağanları" filmidir. Bu film dünya miqyasında il ərzində 1 milyard 328 milyon dollar qazanıb.
İkinci yerdə 1 milyard 223 milyon dollarla \"Transformerlər\" filmi qərarlaşıb.
İlk onluğun sonrakı pillələrində \"Karib dənizinin quldurları" (1,44 milyard), \"Kunq-fu Panda 2\" (665,7 milyon), \"Alatoran" (654,4 milyon), \"Forsaj 5\" (626,1 milyon), \"Oğlan məclisi: Veqasdan Banqkoka\" (581,5 milyon), \"Şirinlər\" (562,5 milyon), \"Maşınlar 2\" (551,9 milyon) və s. vardır.
Qeyd edək ki, satışlar baxımından isə ilk onluğa \"Meymunlar planetinin doğuşu\" və \"Kapitan Amerika\" filmləri daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB