Peruda kütləvi evlənmələr artıq dəbə minib. Belə evlənməkdə isə məqsəd toy xərcinin azaldılması ilə bağlıdır. Cütlüklər bu şəkildə evlənərkən Lima bələdiyyəsinə cəmi 10 dollar ödəyirlər.
Perunun paytaxtı Limada kütələvi şəkildə 92 cütlük eyni vaxtda nigahlarına razı olduqlarını bildirib və toy üzüklərini bir-birlərinin barmağına taxıblar. Bəylər və gəlinlər arasında gənclərlə yanaşı, həmçinin 70 yaşına çatmış cütlüklər də vardı.
Toy mərasimində Lima şəhərinin meri Suzana Vilyaran da iştirak edib.
Qeyd edək ki, nigah mərasimində 500-dən artıq şampan qədəhindən istifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB