2012-ci ilin ilk rübündə Bakıda HD formatı istifadəyə veriləcək

2012-ci ilin ilk rübündə Bakıda HD formatı istifadəyə veriləcək

"2012-ci ilin ilk rübündə HD formatının Bakıda istifadəyə verilməsi nəzərdə tutulur". SİA-nın verdiyi xəbərə görə, Milli Televiziya və Radio Şurası tərəfindən "Azərbaycan Respubliaksı ərazisində DVB-T rəqəmli televiziya yayımının tətbiqi" mövzusunda keçirilən tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin (RİTN) müavini İltimas Məmmədov çıxışı zamanı bildirib. "Bu il ölkəmizdə keçiriləcək "Evrovizion-2012" yarışmasını yayımlamaq üçün ilk dəfə olaraq HD formatı İctimai Televiziyanın radiosunda quraşdırılacaq".

Qeyd edək ki, 2012-ci ilin fevralında Naxçıvanda rəqəmsal televiziya quraşdırılacaq. Gələn ilin sonuna kimi isə rəqəmsal televiziya bütün Azərbaycanı əhatə edəcək.

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə