Yaxın vaxtlarda “CATel” fəaliyyətini bərpa edəcək

Yaxın vaxtlarda “CATel” fəaliyyətini bərpa edəcək

Bir neçə aydır ki, fəaliyyətini dayandıran "CATel" şirkəti hazırda "Azerfon" MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (İB) və "Aztelekom" İB ilə danışıqlar aparır. SİA-nın verdiyi xəbərə görə, bu barədə məlumat verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, yaxın vaxtlarda "CATel" bu şirkətlərin birinin tərkibində fəaliyyətini bərpa edəcək.1997-ci ildə yaradılan "Caspian American Telecom LLC" ("CATel") abonentlərinə CDMA standartında rabitə xidmətləri göstərirdi.

Bu ilin aprel ayında şirkətin fəaliyyəti texniki nasazlıqlar səbəbindən dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə