Piyli sərnişinə görə 7 saatlıq məsafəni təyyarədə ayaq üstə uçdu - MARAQLI

Piyli sərnişinə görə 7 saatlıq məsafəni təyyarədə ayaq üstə uçdu - MARAQLI

US Airvvays reysi ilə Alyaskadan Filadelfiyaya uçan ABŞ vətəndaşı Artur Berkovits 7 saatlıq məsafəni ayaq üstündə qət etmək məcburiyyətində qalıb. Buna piylənmədən əziyyət çəkən bir sərnişinin onunla yanaşı oturacaqda əyləşməsi səbəb olub. Berkovitsin sözlərinə görə, onun 180 kiloqram çəkiyə malik təyyarə qonşusu bir kresloya sığışmadığından, hər iki oturacağı "zəbt" edib. Təyyarənin salonunda boş yerin olmaması isə vəziyyəti daha da qəlizləşdirib. Oturacaq yeri olmadığı üçün Berkovits təhlükəsizlik kəmərindən də istifadə edə bilməyib, bu hal isə onun təhlükəsizliyi ilə əlaqədar daha bir çətinlik yaradıb.

Təyyarə bələdçiləri hadisədən məyus olsalar da, ayaqüstü sərnişinə heç cür kömək edə bilməyiblər. Yalnız etiraf ediblər ki, həcmcə böyük olan sərnişini təyyarəyə buraxan aviaşirkət əməkdaşı səhvə yol verib. Çünki dünyanın bəzi iri aviaşirkətlərində ağır çəkidən əziyyət çəkən sərnişinlərin iki bilet alması qaydası tətbiq olunur.

Yeddi saatlıq üçüşü ayaqüstü başa çatdıran Berkovits US Airvvays aviaşirkətinə şikayət məktubu ilə müraciət edib. Aviaşirkət baş vermiş hadisə ilə bağlı sərnişindən üzr istəmiş və biletin dəyərindən 200 dollar zərərdidəyə geri qaytarmagı təklif edib. Alyaskadan Filadelfiyaya 800 dollar uçuş haqqı ödəyərək uzun məsafəni ayaq üstündə qət etmiş sərnişin aviaşirkətin bu təklifindən narazı qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə