Hər gün 120 mindən çox abonent 3G xidmətindən istifadə edir

Hər gün 120 mindən çox abonent 3G xidmətindən istifadə edir
Hazırda gündəlik olaraq "Azerfon-Vodafone" mobil operatorunun 3G xidmətindən gündəlik olaraq 120 mindən çox abonent istifadə edir. SİA-nın xəbərinə görə, bunu "Azerfon-Vodafone"korporativ ünsiyyət şöbəsinin direktoru Elşad Fərzəliyev deyib. O bildirib ki, ümumilikdə isə bu xidmətdən istifadə edən vətəndaşların sayı 100 minlərlədir. Onun sözlərinə görə, bu gün Nar abunəçilərinin sayı 1,7 milyondan çoxdur: "Bu yaxınlarda 3G xidmətinin tətbiqi ilə bağlı digər mobil operatorlara lisenziya verilib. Bütün bunların bizim işimizə heç bir mənfi təsir göstərməyəcək. əksinə mobil operatorlar arasındakı rəqabəti daha da gücləndirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə