2012-ci ilin sonuna kimi milli peyk orbitə çıxarılacaq

2012-ci ilin sonuna kimi milli peyk orbitə çıxarılacaq

Azərbaycanda "Elektron hökumət haqqında" qanun layihəsi üzrə aparılan işlər bu ilin sonunadək başa çatacaq. SİA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyalaır nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda qanun layihəsi üzərində işlər davam edir. E.Vəlizadənin sözlərinə görə, işlər yekunlaşdıqdan sonra layihə nəzərdə tutulmuş qaydada müvafiq dövlət qurumlarına təqdim olunacaq.

Orbitə milli peykin buraxılması məsələsinə də münasibət bildirən nazir müavini qeyd edib ki, bu istiqmaətdə müvafiq qurumlarla iş aparılır. O vurğulayıb ki, ümumilikdə milli peykin 2012-ci ilin sonuna orbitə çıxarılması planlaşdırılır.

Katellərin fəaliyyətinin dayandırıldığını deyən E.Vəlizadə onları əvəzləyəcək hər hansı bir şirkətin yaradılmasının nəzərdə tutulmadığını deyib: "Hər bir şirkət öz planlarına uyğun formada işləyir. Əgər kimsə bu qaydaları pozursa, onun fəaliyyəti dayandırılır. Katel şirkətinin fəaliyyəti də bu və ya digər səbəblərdən dayandırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə