Nazir müavini: “Bakcell 4G xidmtəti ilə bağlı nazirliyə müraciət edib”
Azərbaycanın mobil rabitə operatoru olan Bakcell şirkəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə dördüncü nəsil (4G) rabitə standartında xidmətlərin göstərilməsi barədə təkliflə müraciət edib. SİA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. O bildirib ki, 4G standartında xidmətlərin göstərilməsi üzrə lisenziyanın verilməsində heç bir problem yoxdur. Nazir müavinin sözlərinə görə, əgər şirkət bu standartda xidmətlərin göstərilməsinə texniki cəhətdən hazır olarsa, onda icazə sənədi təqdim edilə bilər.
"Noyabrın əvvəlində Nazirlik Azercell və Baksell-ə 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün lisenziya verib. Bundan əvvəl isə Azerfon şirkəti 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün lisenziya alıb. Habelə hər üç mobil rabitə operatoruna mobil rabitənin ən yeni nəsli olan 4G-nin (LTE ) tətbiqi üzrə təklif təqdim etmək tövsiyə olunub", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB