Pomidor insult və miokard infarktının əmələ gəlmə riskini azaldır
Pomidorun daha bir faydalı xüsusiyyəti aşkar edilib. Şotlandiya alimlərinin fikirincə, müntəzəm surətdə pomidor yemək orqanizmi qanda trombların yaranmasından qoruyur, dərin tromboz riskini azaldır. Alimlərin 200 könüllünün iştirakı ilə apardıqları eksperiment zamanı məlum olub ki, bir porsiya pomidor şirəsi qanın qatılığını 70 faiz azaldır. Bu da təkcə trombların deyil, həm də insultların və miokard infarktının əmələ gəlməsi riskini azaldır. Həmçinin alimlər müəyyənləşdirib ki, pomidorun tərkibindəki flavonidlər tromboza qarşı elementlərdir. Vena trombozlarının profilaktikası üçün zəruri olan ərzaq 0,15 litr tomat şirəsi və ya 6 təzə pomidordur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB