“Apple” şirkətinin yeni rəhbəri seçilib

“Apple” şirkətinin yeni rəhbəri seçilib

"Apple" şirkətinin yeni rəhbəri seçilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Stiv Cobsun vəfatından sonra boş qalan "Apple" Direktorlar Şurasının rəhbəri postuna yeni şəxs seçilib.


Bu posta Prinstonun universitetinin məzunu, biokimya doktoru Artur Levinson seçilib.2009-cu ilin yazına kimi "Genentech" biotexnoloji korporasiyasına rəhbərlik edən Levinson 2005-ci ildən "Apple"nin Direktorlar Şurasına daxil olub. Bundan əlavə, Direktorlar Şurasına "Walt Disne" korporasiyasının icraçı direktoru Bob Ayqer də daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə