Avstraliyanın əhalisi -19 mln nəfərdən ibarət olub və dünyanın ən az məskunlaşmış materikidir. Əhalisi 2 hissədən:- yerli aborigenlərdən və gəlmələrdən ibarətdir. Əhali əsasən Avstraliyanın təbii şəraiti əlverişli olan şərq, cənub-şərq və qismən də cənub-qərb ucqarlarında yaşayır. Daxili və şimali Avstraliya isə ən az məskunlaşmış regionlardan sayılır. Avstraliya ərazisinə görə Rusiya, Kanada, Çin, ABŞ və Braziliyadan sonra 6-cı ən böyük ölkədir və dünyanın ən kiçik qitəsidir.Bu materikdə yalnız 1 dövlət Avstraliya İttifaqı yerləşir.Geniş və hamar relyef, səhra və yarımsəhra landşaftlar, zəngin təbii ehtiyatlar Avstraliya təsərrüfatının ixtisaslaşmasına təsir edən əsas təbii amillərdir.Avstraliyanın problemləri əsasən bəzi relikt və endemik heyvan və bitki növlərinin kökünün kəsilməsi, digər materiklərdən heyvan və bitkilərin gətirilməsi nəticədə ekoloji tarazlığın pozulması, susuzluq və bu kimi mövzularla aktualdır.
Okeaniya Sakit okeanın mərkəzi və qərb hissələrindəki ada və arxipelaqlardır. Okeaniyanın ümumi sahəsi 1,3 mln. km2 olub, 7 min adadan ibarətdir. Okeaniya adalarının əksəriyyəti vulkanik və mərcan mənşəli olub, ekvatorial və tropik iqlim qurşaqlarında yerləşirlər.Böyük adalarından Yeni Qvineya, Yeni Zelandiya materik mənşəlidir. Okeaniya adalarının materikdən çoxdan ayrılması özünü bitki və heyvanlar aləminin yoxsul olmasında göstərir. Fiziki coğrafi xüsusiyyətlərinə görə bu adalar aşağıdakı qruplara ayrılır. Avstraliyanın şərqində çox qədim, alçaq Böyük Suayrıcıdağ silsiləsi yerləşir. Avstraliyanın ən hündür zirvəsi Kostyuşko (2228 m) burada yerləşir. Qərbə getdikcə bu dağlar alçalaraq çökmə süxurlarla örtülü Mərkəzi düzənliyə keçir. Bu ərazi Avstraliyanın ən alçaq nöqtəsi hesab edilir. Avstraliyanın qərbində hündürlüyü 300-500 m olan yayla yerləşir. Bu yaylanın ayrı-ayrı sahələrində 1000 m-dən hündür dağlar vardır.
Avstraliya yeganə materikdir ki, burada dağ buzlaqları və fəaliyyətdə olan vulkanlar yoxdur. Avstraliyada hündür dağların olmaması və buradakı dağların qar xəttindən aşağıda yerləşməsi nəticədə burada buzlaqlar yaratmır. Vulkanların olmamasına səbəb isə Avstraliyanın qədim platforma üzərində olmasıdır.
Avstraliyanın faydalı qazıntılarına gəldikdə isə kristallik süxurlardan ibarət filiz faydalı qazıntıları ilə zəngindir. Çökmə süxurlarda neft, qaz, kömür və s. yerləşib.Avstraliyanın iqlimi isə dünyanın ən quraq materikidir. Çünki cənub tropiki bu materiki tən ortadan kəsib keçir, deməli materikin çox hissəsində tropik hava kütləsi və yüksək atmosfer təzyiqi qurşağı üstündür. Burada enən hava axınları, passatlar və yağıntısız, aydın, buludsuz hava hakimdir.
Bütün xəbərlər Facebook səhifəmizdə