Maykl Ceksonun öldüyü çarpayı hərraca çıxardılacaq

Maykl Ceksonun öldüyü çarpayı hərraca çıxardılacaq

Pop musiqisinin kralı Maykl Ceksonun öldüyü çarpayı bu ilin dekabrında hərraca çıxardılacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə \"İndependent\" qəzeti məlumat verib.

Çarpayı ilə yanaşı, müğəninin evində olan bir neçə əşyalar da \"Julians\" hərrac evi tərəfindən artıq satışa hazırlanıb. Təxminlərə görə, çarpayı bir neçə yüz dollara satışa çıxarılacaq.

Hərraca çıxarılacaq çarpayıdan əlavə həmçinin ulduzun evində olan bir neçə şəkilləri və övladları ilə danışdığı, hansı ki, hələ də onun üzərində "Mən atamı sevirəm" yazısı qalan lövhə də satılan əşyalar arasında yer alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə