İnternetdən istifadənin zərərlərini artıq müəllim və valideynlər də biləcək

İnternetdən istifadənin zərərlərini artıq müəllim və valideynlər də biləcək

"Uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi"layihəsi çərçivəsində növbəti treninq təşkil olunacaq. "İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsi və uşaqlarda informasiya mədəniyyətinin formalaşması" mövzulu treninq məktəb müəllimləri və valideynlər üçün keçiriləcək.

Treninq iştirakçılarıinternetdə işləyərkən uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı nəzəri və praktiki biliklər əldə edəcəklər.Kompüterdə təhlükəsiz işləmək vərdişlərinin aşılanması ilə bağlı məlumatlar veriləcək. Uşaqların İnternetdən və mobil texnologiyalardan daha effektiv və zərərsiz istifadəsi üzrə hazırlanan Tövsiyələr Treninq iştiraklarına təqdim olunacaq. Ekspertlər tərəfindən pullu və pulsuz proqramlardan istifadə edilməklə uşaqların zərərli informasiyalardan necə qorunması ilə bağlı praktiki nümunələr nümayiş etdiriləcək.

Qeyd edək ki, layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə və Təhsil Nazirliyi Təhsil sisteminin İnformasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə