Hələ bir neçə 10 illik öncə mobil telefon deyilən bir icad haqda heç kimin xəbəri belə yox idi. Lakin zaman keçdikcə insanlar öz həyatlarını əl telefonu dediyimiz texnoloji vasitəsiz təsəvvür belə etmirlər.
Əvvəllər insanlar sadə telefonlara üstünlük verirdilərsə, zaman-zaman onlar daha çox müasir, dəbdəbəli və qeyri-adi markaları istifadə etməyə başladılar.
İndi dünyada ən bahalı mobil telefon yarışı gedir. İnsanlar ona ötürücü vasitə kimi yox, dəb kimi baxırlar.
Xarici mətbuat dünyanın ən bahalı mobil telefon növlərinin siyahısını tərtib edib. SİA sizi şoka sala biləcək telefonlarını təqdim edir:
10.Nokia 8800
Arte−134,000 ABŞ dolları
Siyahının 10-cu yerində dünyanın ən məşhur və çox satılan Nokia şirkəti dayanır. Bu brend Avstraliyada dizayner Potor Aloisson tərəfindən hazırlanıb.
Telefonun o qiymətə olmasına əsas səbəb isə üzərində 21 karatdan çox brilliant daşların olmasıdır.
9.iPhone Princess Plus– 176 400 ABŞ dolları
iPhone-nun bu növü də Nokia-nı
təqdim edən dizayner Potor Aloissonnun əl işidir. iPhone-nun bu növünü isə dizaynerə rusiyalı biznesmen sifariş
verib. Telefonun üzərini ümumi çəkisi 17,75 karat olan 318 brilliant bəzəyir.
8.Sony Ericsson Black
Diamond - 300,000 ABŞ dolları
8-ci pillədə yer alan telefon qara brilliantlarla bəzədilib. Sony Ericsson-un bu növü isə Sinqapurlu Jaren Qoxoma məxsusdur.
7.Vertu Signature Cobra−310,000ABŞ dolları.
Vertunun bu növünü Fransiyanın "Boucheron" brilliant evində hazırlayıblar. Onun qeyri-adi və bahalı materialdan hazırlanan korpusu var. Telefonun üzərində ilan dərisindən və 439 rubin daşı bəzəyir. Onun 2 düyməsi ağ almaz daşındandır.
6.Gresso Luxor
Las Vegas Jackpot – 1000 000 ABŞ dolları.
GRESSO mobil telefonu isə Qədim Misir
qızıllarından ibarətdir. Telefonun korpusu çəkisi 18 karat olan 3 növ qızıldan
hazırlanıb. Bundan əlavə GRESSO-nun üzərində 45,5 karat olan qara brilliantlar da var.
Telefonun nazikliyi 12 millimetrdir. Arxa korpusu isə 200 yaşlı qara Afrika ağacından hazırlanıb. Onun düymələri lazerlə düzəlib.
5.Diamond Crypto Smartphone – 1300 000ABŞ dolları.
Bu cür balalı telefonu isə Rusiyanın Ancort
şirkəti istehsal edib.
Telefonun korpusu Avstraliyada hazırlanan 950 probluk brilliantla bəzədilib.
4. GoldVish "Le million" Piece Unique – 1 300 000ABŞ dolları
Bu telefon bütünlükdə brilliantlarla bəzədilib. Telefonun dizaynı bir çox qeyri-adi saatları hazırlayan zərgər Emmanuyelə məxsusdur.
Qeyd edək ki, Emmanuyel dünyanın ən bahalı zinnət əşyalarını hazırlayan şəxs
kimi Qinnesin Rekordlar kitabına düşüb.
3.Peter Aloisson Kings Button iPhone– 2 400 000ABŞ dolları.
Теlefon-pleyer Apple iPhone 3G isə Avstraliya
zərgəri Potor Aloyssonun vasitəsi isə şahzadələrə layiq telefona çevrilib.
18 karat çəhrayi, sarı və ağ qızıldan hazırlanan qızıldan və 138 brilliantdan ibarətdir.
2.Goldstriker iPhone 3GS Supreme - 3200
000 dollar
Siyahının ikinci pilləsində isə İngiltərəli zərgər Stüart Xaqsanın əl işi olan Goldstrikerdir.
Dünyada cəmi bir dənə olan bu telefon Avstrialı qızıl biznesi ilə məşğul olan
şəxs tərəfindən sifariş verilib. Onun korpusu 200 ədət brilliantla bəzədilib. Telefonun ön
düyməsi isə 7.1 karat olan almaz daşı ilə bəzədilib.
1.
Stuart Hughes iPhone 4 Diamond
Rose Edition –8 000 0000ABŞ dollar
Və sonuncu, dünyanın ən bahalı telefonu olan 8 000 0000ABŞ dolarına olan "Stuart
Hughes iPhone 4 Diamond Rose Edition"dir. Kanadanın FXClearing şirkətinin
analitikləri
bu nadir telefon növünün istedadlı zərgər
Xaqsa tərəfindən hazırlandığını iddia edirlər. Hazırda bu telefon planetin və
bəşəriyətin ən nadir və bahalı mobil telefonu hesab olunur.
Onun korpusu çəhrayi qızıldan və çəkisi 100 karat olan 500 ədət brilliantdan hazırlanıb. Telefonun arxa tərəfi 53 ədət brilliantla bəzədilib. Əsas düyməsi isə 7,4 karat olan çəhrayi brilliantdandır. Telefon üçün xüsusi bahalı dəridən hazırlanan keys də hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB