Hindistan əfsanəsi-FOTOSESSİYA

Hindistan dünyanın ən qədim və böyük dövlətlərdən biridir. Hindistan Asiyanın qərbində Hindistan yarımadasında yerləşir. Sahəsi 3287,6 kv km əhalisi 1103,4 min nəfərdir. Paytaxtı Dehlidir. Böyük şəhərləri Kəlküttə, Mumbai, Çennai, Banqalor, Heydərabad və s. Hindistan federativ respublikadır. 25 ştatdan 7 muxtar ərazidən ibarətdir. 1950-ci ildən konstitutsiya fəaliyyət göstəir. Dövlət başçısı prezidentdir. Konstitutsiyaya görə dövlət dili hindi dilidir. Lakin ingilis dilindən geniş istifadə edilir. Hindistan qədim, tarixi mədəni keçmişə ənənələrə malik olan ölkədir.İlk dövlət kimi bizim eradan əvvəl 1-ci minilliyin ikinci yarısında yaranıb.

İlk dəfə hindlilər düyü, pambıq, şəkər qamışı becərməyi ev quşları saxlamağı öyrənmişlər. Qədim və orta əsrlər Hindistanın elm, ədəbiyyat, incəsənət sahəsindəki nailiyyətləri müxtəlif dini və fəlsəfi sistemləri Şərqin bir çox sivilizasiyalarına müsbət təsir göstərmişdir.

XVI əsrin əvvəllərindən Avropa müstəmləkəçiləri tərəfindən tədricən Hindistan müstəmləkəyə çevrilmiş və iki yüz il Böyük Britaniyanın tabeliyində olmuşdur. 1857-1859-cu illərdən Milli Azadlıq Hərəkatları, 1946-cı illərdə hərbi dənizçilərin tətili, üsyanı nəticəsində 1947-ci ildə hindistan dominion statusu almış 1950-ci ildə isə respublika elan edilmişdir. Tarixən müstəmləkəçilikdə olması ölkənin sosial-iqtisadi inkişafina güclü təsir etmiş, uzun müddət köhnə ənənəvi sosial-iqtisadi quruluşun qalmasına səbəb olmuşdur.

Savadlıların xüsusi çəkisi 18% orta ömür müddəti 32 il təşkil edirdi. 1947-ci ildə ölkə iki hissəyə bölünmüşdür- Hindistan və Pakistan. Hindistan siyasi müstəqillik əldə etdikdən sonra ölkənin iqtisadiyyatını sənaye əsasları üzərində qurmağa imkan yaranmışdır. İqtisadiyyatın ləng artımı bir çox hallarda milli kapitalın zəifliyi ilə izah edilir. İqtisadiyyatın sahəsi quruluşu 2005-ci ildə Hindistanın Ümumi daxili məhsulu 772,0 milyard dollar hər nəfərə düşən məhsul isə 700 dollara bərabər olmuşdur.

ÜDM-in orta illik artım sürəti ilk 35-40 ildə 3,5%-dən artıq olmamışdır. Lakin son illərdə bu göstərici artaraq 1999-2000-ci illərdə 6,2 %, 2003-2005-ci illərdə isə 8,4 % təşkil etmişdir. Ümumi daxili məhsulun 25% kənd təsərrüfatının 27 % sənayenin 47 % xidmət sahələrinin payına düşür. Cəmi işçilərin isə 67 % kənd təsərrüfatında çalışırlar. Hindistan aqrar-sənaye ölkəsi hesab edilir. Kənd təsərrüfatı nisbətən sabit və dinamik inkişaf edir. Kənd təsərrüfatının əsasını əkinçilik təşkil edir. Kənd təsərrüfatından əldə olunan gəlirin 75% bitkiçiliyin payına düşür.İribuynuzlu mal-qaranın sayına görə də Hindistan dünyada birinci yeri tutur. Dünya üzrə cəmi camışların 57 % inəklərin 16 % Hindistanın payına düşür. 75 milyon ton süd istehsal edir.

Qeyd edək ki, ölkə ərazisinin 19,3 % meşəlikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə