Buzdan məscid olarmı?
İsveçin şimalında buzdan düzəldilmiş məşhur Yukkasyarvi otelinin yanında buzdan məscid düzəldiləcək. Bu barədə "Norrlendska Sosialdemokraten" qəzeti yazır. SİA İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu təklifi irəli sürən şəhər sakinləri və buz otelinin direktoru bildiriblər ki, onlar bu addımları ilə ölkənin, isveçlilərin tolerant olduqlarını nümayiş etdirmək istəyirlər.
Otelin direktoru Berkvist qəzetə müsahibəsində deyib ki, onlara bütün dünyadan-Londondan və Səudiyyə Ərəbistanından çoxsaylı qonaqlar gəlir. "Bizdə buzdan kilsə olduğu üçün, buzdan məscidin də olmasını ideya kimi irəli sürdük" deyə otel direktoru qeyd edib. Buzdan düzəldiləcək məscidin 2012-ci ilin qışında hazır olacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə