Google və Samsunq rəsmi olaraq yeni “Quqlofon”ları təqdim etdi

Google və Samsunq rəsmi olaraq yeni “Quqlofon”ları təqdim etdi
Bu gün Google və Samsunq şirkətləri Honkonkda yeni istehsal etdikləri "Quqlofon"ları dünya ictimaiyyətinə təqdin ediblər. Galaxy Nexus adlı aparatı Android Ice Cream Sandwich əməliyyat bazasında hazırlayıblar. SİA "Cnet News\" agentliyinə istinadən xəbər verir ki, Galaxy Nexus Cortex A 49 adlı iki ədədli nüvə prosessorunda işləyir və 1,2 hiqahertsi təşkil edir. Eyni zamanda "Quqlofon" adlandırılan Galaxy Nexus smartfonları 4,65 düyümlük Super AMOLED displeyi ilə örtülüb və 1280x720 piksel gücündədir. Smartfon həmçinin ikikameralıdır (5 və 1,3 meqapiksel). Operativ yaddaşı bir qiqabayt, məlumatları saxlama yaddaşı isə 32 qiqobatdı təşkil edir. Galaxy Nexus-un çəkisi 135 qram, qalınlığı isə 8,94 mm-dir.
Yeni "Quqlofon"lar bu ilin noyabrından ABŞ-da, Avropada və Asiya ölkələrində satışa çıxarılacaq. Onun qiyməti barədə isə hələlik heç bir açıqlama verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə