Maqnit uşaq
Xaçmaz rayonunun Nabran kəndində yaşayan Ramazanovlar ailəsinin sonbeşiyi Salman Ramazanov digər övladlardan fərqlənir. SİA-nın Şimal börosunun verdiyi xəbərə görə, özünə "Dəmir" təxəllüsünü götürən 7 yaşlı uşağın bədəni dəmir əşyaları özünə cəlb edir.
Salman Ramazanovun bədəni maqnit olduğu üçün bədəninə dəmir əşyalar yapışır. Hətta bədəninə ağır telefonlar və çəngəl, qaşıq kimi metal əşyalar da yapışır. Çəkiliş zamanı 10-15 dəqiqə ərzində bədənindən ayrılmayan telefonlar və metal əşyaların qalmasına görə Salman Ramazanov özündən getdi. Balaca salman özündən gedən kimi metal əşyalar və telefonlar yerə düşməyə başladı.
Salman Ramazanovun anası Almaz Ramazanova bildirib ki, uşağında belə maqnitin olması son 1 ildə müşahidə edib. Maqnit uşağın atası isə bildirib ki, balaca Salmanın maqnitliyinin çox olması yay aylarında çox qış aylarında az müşahidə edilir.
Emil Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə