Yaponiyada təyyarə biletləri pulsuz olacaq

Yaponiyada təyyarə biletləri pulsuz olacaq

Yapon Turizm idarəsi nüvə fəlakətindən sonra ölkəyə turist axınını təmin etmək məqsədilə təxminən 10 min adama pulsuz təyyarə bileti paylayacaq. SİA-nın xəbərinə görə, "Yomiuri Shimbun" qəzetinin verdiyi məlumatda ödənişsiz təyyarə bileti almaq istəyən turistlər internet vasitəsilə buna nail olacaqlar. Xatırladaq ki, Yaponiyada mart ayında baş vermiş Fukusima nüvə fəlakəti ölkədəki turist sayını əvvəlki illərlə müqayisədə 50 faiz aşağı salmışdı.


Bütün xəbərlər Facebook səhifəmizdə