Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı hesabına müəyyənləşdirilən "Yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturu " adlı seminar keçirilib. SİA-nın xəbərinə görə, bu seminar iri maliyyə həcmli pilot layihəsinin yerinə yetirilməsinin gedişi haqqında hesabat və monitorinq xarakteri daşıyır. Seminarda pilot layihəsinin rəhbərləri və icraçıları ilə yanaşı, AMEA-nın prezidenti akademik Mahmud Kərimov, elmin inkişafı fondunun icraçı direktoru Elçin Babayev, fizika institutunun alim və mütəxəssisləri ilə bərabər fondun əməkdaşları iştirak edib. Tədbirdə çıxış edən Elmin İnkşafı Fondunun icarçı direktoru Elçin Babayev bilidirib ki, Fond 2009-cu ildən bu günə qədər elmin inkişafına təkan verib: "Bu gün təqdimtı keçirilən layihədə AMEA- nın fizika institutu ilə birgə reallaşıb və bu çərçivədə yeni cihaz, avadanlıq, qurğu və texniki baza alınıb yenilənməsi nəzərdə tutulur. Bu layihənin icrası üçün fizika institutu ilə birlikdə 3 milyon 779 min manat vəsait ayrıb. İlk layihənin bir il müddətində həyata keçirməsi planlaşdırılır. Əminəm ki, yeni layihə Azərbaycan fizika institutu sahəsində yeni naliyyətlərin əldə olunmasına təkan verəcək\".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB