Nuhun gəmisi - FOTO

Bu ilin mart ayında böyük bir zəlzələ və sunami fəlakəti yaşayan Yaponiyada bir mühəndis \"Nuh\" adı verilən kürə şəklində sığınacaq düzəldib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Nuhun gəmisinin yeni versiyası olan sərtləşdirilmiş plastik və lifdən hazırlanmış kürənin diametri 1.2 metrdir. Hər hansı bir fəlakət əsnasında kürəyə dörd adam sığına bilər.

İlk istehsalına sentyabr ayının əvvəllərində başlayan Kosmo Pover şirkəti bir ay ərzində 500 sifariş alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə