Kamerunun iqtisadi paytaxtı sayılan Duala şəhərində hərbi geyimdə olan insanlar silahlı qiyama qalxıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ətrafa atəş açmağa başlayan insanlar Kameruna təxminən 30 ildir rəhbərlik edən prezident Paul Biyanın dərhal istefa verməsini tələb edir.
Hələlik hökumət baş verənlərə münasibət bildirməyib. Televiziya, sadəcə, vəziyyətin nəzarətdə olduğunu elan etməklə kifayətlənib. Qiyamçılara kimin rəhbərlik etdiyi bilinmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB