Daşkənddə informasiya-kommunikasiya texnologiyaları həftəsi çərçivəsində silsilə tədbirlər keçirilir

Daşkənddə informasiya-kommunikasiya texnologiyaları həftəsi çərçivəsində silsilə tədbirlər keçirilir

Daşkənddə (Özbəkistan) INFOCOM 2011– informasiya-kommunikasiya texnologiyaları həftəsi çərçivəsində silsilə tədbirlər keçirilir. SİA-nın xəbərinə görə, İKT sahəsinin inkişafına istiqamətlənən, həm mütəxəssislər, həm də İT istifadəçilər üçün böyük əhəmiyyət kəsb edən tədbir Özbəkistanda 2004-cü ildən etibarən təşkil olunur. İKT həftəsi sentyabrın 26-dan ITPA 2011 Beynəlxalq Özbəkistan-Koreya konfransının açılışı ilə start götürüb.

Konfransda AMEA Informasiya Texnologiyaları İnstitutundan şöbə müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Əlövsət Əliyev və şöbə müdiri Gülnarə Nəbibəyova iştirak edib. Ə.Əliyev "İnformasiya iqtisadiyyatının formalaşması şəraitində e-kommersiya sistemlərinin tətbiqinin inkişaf perspektivləri", G.Nəbibəyova isə "Verilənlər anbarı arxitekturunun qurulmasına bir yanaşma haqqında" mövzuları üzrə məruzə ilə çıxış ediblər. Tədbir Daşkənd İnformasiya Texnologiyaları Universitetində keçirilib.

Sentyabrın 27-də isə Beynəlxalq Biznes Mərkəzində İKT Sammit 2011-informasiya-kommunikasiya texnologiyaları sammiti keçirilib. Tədbir zamanı İKT-nin milli inkişaf proqramlarının həyata keçirilməsi sahəsində əldə edilən uğurlar və bu sahədə mövcud problemlər, müxtəlif fəaliyyət sahələrində İKT-nin tətbiqi təcrübəsi, e-idarəetmə, e-səhiyyə, bu sahədə kadr hazırlığı, infrastrukturun, media biznesin inkişafı, innovasiya fəaliyyəti və digər aktual mövzulara həsr olunan məruzələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə