Azərbaycanda fəaliyyət göstərən iki turizm obyektinin lisenziyası ləğv edilib

Azərbaycanda fəaliyyət göstərən iki turizm obyektinin lisenziyası ləğv edilib

\"Azərbaycanda fəaliyyət göstərən iki turizm obyektinin lisenziyası ləğv edilib\". SİA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Onun sözlərinə görə, Lənkəranda yerləşən "Xəzər RVR" turizm mərkəzi və Qəbələ rayonu ərazisində fəaliyyət göstərən "Sahil" istirahət mərkəzinin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb: \"Odur ki, kollegiyanın qərarı ilə hər iki turizm obyektinin lisenziyası ləğv edilib. Bu barədə hər iki obyektin yerləşdiyi rayonların icra hakimiyyətlərinə məlumat veriləcək və onların 5 gün daxilində fəaliyyətini dayandırması təmin ediləcək\".

Bütün xəbərlər Facebook səhifəmizdə