Kolumbiya polisi ölkənin qərbində kokain daşıyan sualtı qayıq aşakar edib. Qayığın Cunqli cəngəlliklərində tapıldığı bildirilir. SİA "BBC News"-ə istinadən xəbər verir ki, sualtı qayıq vasitəsilə Mərkəzi Amerikaya dəfələrlə narkotik maddələr daşınıb.
O da məlum olub ki, tapılmış qayıq beş nəfər heyətlə birlikdə ümumi olaraq, 4 ton kokain daşımaq gücündədir. Eyni zamanda araşdırmalar nəticəsində bəlli olub ki, sualtı qayıq suyun üzərinə çıxmadan, 10 gün boyunca üzmək qabiliyyətindədir. Sualtı qayığın qiyməti 2 milyon dollar çərçivəsində ölçülür. Həmçinin iddia edilir ki, bu qayıq "Kolumbiyanın inqilabi silahlı qüvvələri" (FARS) adlı terror təşkilatina məxsusdur. Belə ki, adiçəkilən təşkilat məhz narkotik satışları sayəsində öz təminatını reallaşdırır.
Xatırladaq ki, bu tapıntı son günlər ərzində ikincidir və narkotik ticarətçiləri kokainləri bu qayıqlar vasitəsilə Cənubi Amerikadan Meksikaya, oradan isə quru yolu ilə ABŞ-a nəql ediblər. Həmçinin bu tipli qayıqlar daha öncələr Ekvador, Qvatemala və Honduras dövlətləri tərəfindən də müsadirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB