Cənubi Amerikanın tropik meşələrində dünyanın ən iri sürünən növlərindən biri - anakonda tutulub. SİA-nın xarici mənbələrə istinadən verdiyi məlumata görə, bioloqlardan ibarən təcrübə qrupu Qayana meşələrində iri sürünənlərdən sayılan anakondanı ələ keçirmək üçün çox əlləşməli olublar. Təcrübə rəhbəri 29 yaşlı Nial Makkann Reva çayının kənarında 6,5 metr uzunluğunda 100 kiloqram çəkiyə malik, diametri 68 sm olan sürünənə rast gələndə təəccübünü gizlədə bilməyib: "Mən həmişə anakonda tutmağı arzulamışam. Burada - Qayana çaylarında buna rast gələcəyimə inanmırdım".
Xatırladaq ki, anakondalar canlı təbiətin ən az rast gəlinən sürünənlərindəndir. Yaşlısının çəkisi 250 kq-a, uzunluğu isə 11 metrə çata bilir. Qayanada ələ keçən bu canlı isə hələ kiçik yaşlarındadır. Onun böyümə vaxtı hələ qabaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB