Kral üçün gəlin - FOTOSESSİYA

Afrika ölkəsi olan Svazilenddə qəribə, həm də maraqlı bir adət mövcuddur. SİA-nın xarici mətbuata istinadən əldə etdiyi məlumata görə, bu ölkənin kralı və Afrikanın yeganə monarxı olan II Msvati üçün gəlin seçmək ənənəsi bu ölkənin əsl bayramına çevrilib. Belə ki, ölkənin müxtəlif guşələrindən paytaxtdakı meydana axışan yarıçılpaq gənc xanımlar "xoşbəxtlik quşu"nun kimim başına qonacağı ümidi ilə kralın qarşısında öz məharətlərini nümayiş etdirirlər. Son sözün yeganə sahibi olan kral həmin qızlardan bir neçəsini seçməklə hərəmxanasına yeni ab-hava gətirir.


Bütün xəbərlər Facebook səhifəmizdə