Bu gün nazirliyin tənzimlənmə orqanı kimi atdığı addımlar imkan verir ki, böyük provayderlərin qiymətləri aşağı salınsın. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O bildirib ki, ölkədə kiçik provayderlərdə qiymət artımı problemi var. Onun sözlərinə görə, əgər kiçik provayderlər bunda problem görürsə, onlar birləşə bilərlər. Hazırda Azərbaycanda 40-a yaxın provayderin olduğunu deyən nazir bunun kiçik ölkə üçün çox olduğunu qeyd edib.
"Ölkədəki internetdə tamam sərbəstlik olduğu kimi, iqtisadiyyat və biznesdə də sərbəstlik var. Bu işlərdə provayderlər özləri qərar qəbul etməlidir. Bu gün Azərbaycanda internet istifadəçiləri üçün istehlakçı sərbəstliyi var. Ona görə də bu sahədə mübarizə gedir. Bu gün Azərbaycanda keyfiyyətli 1 MB internetin sürətinin qiyməti təxminən 20 manat ətrafında dəyişir. Bunun 2 manatını proveyderlər ATS və ya əsas şəbəkə istifadəçiləri üçün xərcləyirlər. Həmin qiymətin yarısı isə kənardan gələn internet tarifi və qiymətinə ödənilir. Burada isə provayderlərin özlərinin vəsait əldə etmələri üçün çox böyük və sərbəst vəsait qalır. Mənə elə gəlir ki, bəzi süni qiymət artımı üçün bunlar bir bəhanədir",- deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB