İlk insan yaranandan bu günə qədər neçə adam dünyasını dəyişib? Hər bir insanın sonunun ölüm olduğunu bilirik. Bəs, ölüm haqqında bilmədiklərinizi öyrənmək istərdinizmi?
İnsan beyni öldükdən sonra 20 saniyəyə qədər şüurunu itirmir. Bir hamam böcəyi isə başı olmadan 9 gün yaşaya bilir.
İntiharların əsasən tətil vaxtlarında baş verməsi ilə bağlı iddialar yanlışdır. Əksinə, tətil dönəmindən sonra daha çox intihar hadisəsi reallaşır.
Ölülərin dəfn edilmədən əvvəl yandırılması (Cremations) deyilənlərin əksinə olaraq ətraf üçün faydalı deyil. İnsan bədəni yandırıldığında ətrafa ən zərərli qazları ixrac edir və havaya yayılır. Ölülərin yandırılma prosesinin yayılması gələcəkdə ciddi ekoloji problemlərə gətirib çıxara bilər.
İdmanla məşğul olan 200 min nəfərdən biri hər il qəflətən həyatını itirir. Bu cür ölüm hadisələrinin çoxu futbol və basketbol oynayarkən baş verir. Qadınlarla müqayisədə kişi idmançılarda bu kimi ölüm halları beş dəfə daha çoxdur.
İngilislərdə ölümlə bağlı 200-dən çox deyim var. \"Ölüm\" kəlməsi yerinə \"nalları tikmək\", \"hesabı bağlamaq\" kimi sözlər daha sıx işlənilir.
Çinli bir ailənin dəfn mərasiminə nə qədər çox insan gəlirsə, ailə o qədər şanslı sayılır. Dəfn mərasiminə gələnlərin sayını artırmaq üçün mərasimə rəqqaslar belə dəvət olunur.
İnsanlıq tarixinin başlanğıcından etibarən təqribən 100 milyard insanın öldüyü ehtimal edilir.
1951-ci ildən bəri demək olar ki, heç bir amerikalı yaşlılıq nəticəsində dünyasını dəyişməyib.
Hindistandakı zərdüştlər ölülərini qırğıların yeməsi üçün açıq havada saxlayırlar. Qırğıların çoxu isə insan və heyvan leşi yediklərindən ölür.
Madaqaskar sakinləri ölülərin sümüklərini torpağın altından çıxarıb, qəsəbənin ətrafında bir dəfə gəzdirdikdən sonra yenidən basdırırlar. Bu mərasimə \"famadihana\" adı verilir.
19-cu əsrdə Misirdə dəmiryolu şirkətləri torpağın altından xeyli sayda mumiya çıxarıb lokomotivlər üçün yanacaq əldə ediblər.
ABŞ-da insanların 80 faizi xəstəxanada ölür.
Nyu-Yorkda intihar edən insanların sayı cinayətə qurban gedənlərdən daha çoxdur.
Heç bir mədəniyyət birbaşa \"ölmək\" sözünü istifadə etməyi seçmir. Hər mədəniyyətin bu sözü qarşılayan bəzi deyimləri vardır. Məsələn \"vəfat etdi\" və ya \"dünyadan köçüb" kimi ifadələrdən istifadə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə