Baş nazir Rəcəb Tayyib Ərdoğan Tunisdə Mədinə Bazarını gəzib. Ərdoğan Tunisin müvəqqəti dövlət başçısı Beci Caid Essebsi ilə təşkil etdiyi birgə mətbuat konfransından sonra Mədinə Bazarına gəlib. SİA-nın \"Zaman\" qəzetinə istinadən xəbərinə görə, bazarı gəzən Ərdoğanı vətəndaşlar və biznesmenlər böyük bir coşqu içində qarşılayıb. Baş nazir Ərdoğan türk qəhvəsi satan bir dükanda nazirlərlə söhbət edib və türk qəhvəsi içib. Nazir bazarı gəzdikdən sonra Zeydinə Məscidində namaz qılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB