Windows 8 yeni əməliyyat sisteminin interfeysi bir gün ərzində 500 min dəfə yüklənilib. SİA-nın xəbərinə görə, bunu Microsoft şirkətinin icraçı direktoru Stiv Balmer deyib. Bu bəyanatdan sonra NASDAQ birjasında şirkət səhmlərinin qiyməti 46 faiz - bir səhm 26.50 dollar qalxıb. Ehtimal olunur ki, cari ilin əvvəlində şirkətin 5.1 faiz itirdiyi səhmlərin qiyməti bu bəyanatdan sonra maksimal səviyyəyə yüksələcək.
Qeyd edək ki, ötən ay Miscrosoft koorporasiyası yeni əməliyyat sistemini təqdim edib. Əməliyyat sisteminin kod adı Windows 8-dir. Yaxın 18 ay ərzində yeni əməliyyat sisteminin istifadəçilərə veriləcəyi bildirilir. Əməliyyat sistemi üzərində tam yekunlaşdırma işləri isə 2011-ci ilin oktyabr ayına qədər aparılacaq.
Şirkət artıq yeni əməliyyat sisteminin interfeysini də təqdim edib. Yeni əməliyyat sistemindən istifadə həm ev kompüterləri, həm də planşetlər üçün uyğun olacaq. Skype xidmətinin də yeni əməliyyat sistemində olması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB