Dünyanın ən bahalı otel nömrələri - FOTOSSESİYA

Dünyanın ən bahalı otel nömrələri - FOTOSSESİYA

Dünyanın ən bahalı otel otaqlarının adları açıqlanıb.

SİA-nın xəbərinə görə, 10-cu yer. "Park Hyatt Vendome" otelidir. Burada bir gün üçün 14797 dollar ödəməlisən. 200 kv.m otaqda bar, hamam, basseyn, masaj stolu mövcuddur

9 - Fransada yerləşən "Four Seasons George V" otelidir. 244 kv.m olan nömrədə bir gecə qalmaq üçün 15277 dollar ödəməlisən. Otaqda qədimi mebel, şəxsi otaq, qadın otağı və sauna var.

8 - ci yerdə isə Jenevada yerləşən "Le Richemond" otelinin 230 kv.m olan xüsusi nömrəsidir. Burada bir gecə yuxuya getmək üçün 16680 dollar ödənilməlidir.

Nömrədə rəsmlərlə bəzədilən parket, mozaikalı baseyn, güllə keçirməyən pəncərələr mövcuddur.

7 - ci sırada Dubayda yerləşən "Burj Al Arab" otelinin nömrəsidir. Burada nömrəni sifariş verən şəxsi Rolls-Roysla və ya helikopterlə qarşılayıb birbaşa nömrəyə gətirirlər. Bütün bunları görmək üçün gərək həmin nömrə üçün 17152 dollarından keçəsən.

6- cı yerdə 236 kv.m ərazisi olan "Ritz-Carlton" otelinin xüsusi nömrəsidir. Moskvada yerləşən bu otelin nömrəsində bir gecə üçün 17355 dollar ödənilməlidir. Bunun əvəzində sizi Qırmız Meydana panorama, gündə beş dəfə yemək gözləyir.

5- ci yerdə Baham adalarında yerləşən "Atlantis Resort" otelinini nömrəsidir. Burada bir gecə qalmaq üçün 23835 dollar ödəməlisən.

4-cü sırada Jenevada "President Wilson Hotel" otelində yerləşən nömrədir. 1200 kv.m olan ərazidə 4 otaq, 6 hamam otağı, 40 nəfərlik banket zalı, güllə keçirməyən pəncərələr var. Bir gecəsi isə 31462 dollardır.

3-cü isə Nyu-Yorkda "Four Seasons" otelinin 399 kv.m ərazisi olan nömrədir. Nömrənin xüsusi özəlliyi 360 dərəcədə görüntünün olmasıdır. Burada 9 otaq, 1.5 hündürlüyündə böyük lyustra, qapıçı, dünyanın bütün kanallarına girişi olan kabel televiziyası var. Bütün bunlar üçün gərək bir gecəyə 32.370 dollarından keçməlisən.

Gümüş yerdə isə ərazisi 929 kv.m olan "Palms Casino Resort" otelinin VİP nömrəsidir. Burada bir gecə üçün 38.070 dollar ödəməlisən.

10-luğun qızıl nömrəsi isə Afinada "Grand Resort Lagonissi" otelində yerləşir. Burada qızdırıcı ilə təchiz olunan basseyn, türk hamamı, xüsusi plyaj, şef-pover və s. daxildir. Burada bir gün qalmaq üçün 47527 dollarından keçməlisən.

Bütün xəbərlər Facebook səhifəmizdə