1 milyon dollarlıq büst
Hindli dünya gözəli Nikol Faria Hindistanın məşhur ləl-cəvahirat firmalarından birinin təqdimat mərasimində almaz və yaqutlarla bəzədilmiş büstiyeri (paltarın üst hissəsi) nümayiş etdirib. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, 2010-cu ildə dünya gözəli seçilmiş Faria, Pəncab əyalətinin Amritsar şəhərində təşkil edilən \"ORRA\" firmasının təqdim etdiyi büstiyerin dəyərinin 1 milyon ABŞ dolları olduğu açıqlanıb. Firmanın beynəlxalq dizayn mərkəzi tərəfindən hazırlanan bu büstiyerin üzəri 500 karatlıq almaz daş-qaşlarla bəzədilib.

Bütün xəbərlər Facebook səhifəmizdə