Dünyanın ən gözəl qadınlarının siyahısında Azərbaycan 103-cüdür
Dünyanın məşhur internet səsvermə saytlarından olan "Shareranks" dünyanın ən gözəl qadınlarının hansı ölkələrdə yaşadığı barədə sorğu keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sorğu iştirakçılarının əksəriyyətinin fikrincə, bütün xanımlar gözəldir, ona görə də siyahının birinci pilləsində də məhz "Bütün dünya qadınları gözəldir" şərhi qərarlaşıb.
İlk onluq isə belədir:
1. Bütün dünya qadınları
2. Polşa
3. Çexiya
4. Yaponiya
5. Fransa
6. Macarıstan
7. Norveç
8. Rusiya
9. Kuba
10. Meksika.
Siyahıda ABŞ 20-ci, İran 51-ci, Türkiyə 53-cü, Ermənistan 56-cı yerləri bölüşdürür. Azərbaycan isə siyahıda 103-cü yerdədir.
Belə sorğularda adətən kim daha yaxşı təşkilatlanıbsa, məhz o da sonda qalib gəlir və ya yaxşı pillədə qərarlaşır.
Azərbaycanın 103-cü pillədə qərarlaşması, qadınlarımızın digər ölkələrin xanımlarından gözəl olmadığını göstərmir, bu, yalnız yaxşı təşkilatlanmadığımızı göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB