Qəribə şəhər - Venesiya -FOTOSESSİYA

Qəribə şəhər - Venesiya -FOTOSESSİYA

Venesiya İtaliyanın şimalında bir-birilə 150 kanalla əlaqələndirilmiş 118 adada yerləşir. Onu Adriatik dənizinin şahzadəsi, kanal və saraylar şəhəri də adlandırırlar.Adalar arasında 400-ə qədər körpü var. Venesiyanın memarlığı Venesiya respublikasının ən yüksək inkişaf dövründə XIV-XVI əsrin əvvəlləri formalaşmışdır. Zəngin bəzəkli kilsələr, dəbdəbəli fasadlı saraylar, yüngül körpülər, ətrafında 3-4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr Venesiyaya ecazkar görkəm verir. Müqəddəs Mark kilsəsi Venesiyanın ən gözəl memarlıq abidəsidir.Əsası V əsrin ortalarında qoyulub. Buranı idarə edən ilk hökumət 12 nəfərdən ibarət olsa da, iki əsr sonra bu iş yalnız bir nəfərə-doja həvalə olundu. Bir müddət şərq və qərbin sərhəddində yerləşdiyinə görə ticarət mərkəzi rolunu da oynayıb. Bu şəhərdə heç zaman tikinti işləri aparılmadığından orta əsrlərdəki görünüşünü olduğu kimi saxlayıb. Burada 400 körpü var. Onlar kifayət qədər hündür olduqları üçün hətta daşqın zamanı qayıqların hərəkətinə maneçilik törətmir. Şəhərdə gediş-gəliş yalnız kanallar vasitəsilə həyata keçirilir, sahildəkiləri narahat etməmək məqsədilə hərəkət sürətinə məhdudiyyət qoyulub. Hal- hazırda Venesiya demək olar ki, turistlər üçün tamaşa şəhərinə çevrilib. Buraya dünyanın hər bir nöqtəsindən insanlar axışır. Ona görə də çox bahalı şəhər sayılır.


Venesiyalıların dünyada məşhur olan karnavalı fevral ayında keçirilir və 10 gün davam edir. XX əsrin sonlarına yaxın Venesiya artıq müstəqil dövlət idi. Bu dövrdən başlayaraq Venesiya respublikası İtaliyanın bir sıra şəhərlərini özünə birləşdirdi. Azərbaycanla Venesiyanın ticarət əlaqələri XI- XII əsrlərdən başlanır.


Venesiyanın görməli yerləri çoxdur. Meydan dəniz səviyyəsindən aşağı yerləşdiyindən daşqın zamanı o kiçik gölü xatırladır. Uzunluğu 4 metrə bərabər olan su yolu şəhəri 2 hissəyə ayırır. Venesiyanın görməli yerləri sırasında Kampanilla, saat qülləsi, La Feniçe teatrı və s. adını çəkmək olar.


Venesiyada sözün əsil mənasında özü kimi hər bir şey bahalıdır. Yaxşı pul xərcləmədən burada dadlı xörək yemək mümkün deyil. Ənənəvi mətbəxtdə balıq və dəniz məhsullarından hazırlanan xörəklər üstünlük təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə